“Falcon Finance” BOKT-un təsisçiləri dəyişib


İqtisadiyyat 29 Noy 2019 14:04:39 136 0

“Falcon Finance” BOKT-un təsisçiləri dəyişib

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçiləri dəyişib

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçiləri dəyişib.

“Report” xəbər verir ki, BOKT-da hər biri 33,3%-lik paya malik olan Fərman Qurbanlı, Fərid Hidayətzadə və Könül Məmmədova paylarını Səxavət İmanova (50%) və Vüsal Tağıyevə (50%) satıblar.

Yeni təsisçilər “Falcon Finance”ın direktorunu dəyişiblər. Belə ki, indiyə qədər maliyyə qurumuna rəhbərlik edən Cavid Qurbanlı vəzifəsindən azad edilib və onun yerinə İbrahim Salmanov təyin olunub.

Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.