İtaliyada dəmiryolçular tətil edirlər


İqtisadiyyat 29 Noy 2019 13:58:23 93 0

İtaliyada dəmiryolçular tətil edirlər

İtaliyada noyabrın 28-də gecəyarısından noyabrın 29-u, saat 21:00--dək qüvvədə olan dəmiryolçuların ölkə boyu tətilində “Trenitalia”, “İtalo”, “Trenord” operator şirkətləri iştirak edir.

İtaliyada noyabrın 28-də gecəyarısından noyabrın 29-u, saat21:00--dək qüvvədə olan dəmiryolçuların ölkə boyu tətilində “Trenitalia”, “İtalo”, “Trenord” operator şirkətləri iştirak edir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, tətil yalnız bu yaxınlarda yağanleysan yağışları və daşqınlar üzündən daha böyük ziyan görən Piemonte və Liquriya regionlarında həyata keçirilməyəcək.

FSİ dövlət dəmir yolları şirkətiölkə üzrəsürət qatarlarının adi qaydada fəaliyyət göstərəcəyini, bölgə və məhəlli qatarların isə əvvəlcədən bildirildiyi kimi, saat 6-dan 9-dək və 18-dən 21-dək işləyəcəyini açıqlayıb. Bununla yanaşı, paytaxt Romada "Termini" stansiyası ilə “Fiumicino” hava limanı arasında fəaliyyət göstərən “Leonardo” ekspres qatarı da adi qaydada işləyir.