KİVDF 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edir


Digərləri 29 Noy 2019 13:45:00 126 0

KİVDF 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edir. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə fərdi jurnalist yazıları müsabiqəsini elan edir: № İstiqamətin adı 1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 2. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 4. İctimai və dövlət maraqlarının müdafiəsi 5. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 7. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması 8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 9. Azərbaycançılıq ideyasının təbliği 10. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 11. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 12. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 13. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi 14. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması 15. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı 16. Ekologiya və ətraf mühitin mühafizəsi 17. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 18. Elm və təhsilin inkişaf etdirilməsi 19. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi Müsabiqədə iştirak Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər 1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. 2. Yazı Fond tərəfindən elan edilmiş istiqamətlərə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətlərə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər. 3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. 4. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir. QEYD: İnformasiya agentlikləri və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında çalışan jurnalistlər müsabiqəyə təqdim edəcəkləri yazıları həmin internet media resurslarında yerləşdirməlidirlər. 5. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir: 5.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;