Keçmiş partiya sədri özünü öldürdü


Dünya 29 Noy 2019 10:09:00 141 0

Keçmiş partiya sədri özünü öldürdü

Türkiyədə keçmiş partiya sədri özünü öldürüb.

Son.az haberler-ə istinadla xəbər verir ki, CHP partiyasının Antalyanın Döşemealtı qəsəbəsi üzrə keçmiş sədri Eren D. canına qəsd edib.

30 yaşlı Eren D. axşam saatlarında meşəyə gedərək, dostlarına intihar planı ilə bağlı mesajlar yazıb. Dostları onun olduğu əraziyə çatanda Eren artıq keçinmiş vəziyyətdə olub.

O, sianid turşusu içərək intihar edib.