Bakıda xüsusi amansızlıqla öldürülən qadınla bağlı TƏFƏRRÜATLAR


Digərləri 29 Noy 2019 09:57:00 112 0

Bakıda xüsusi amansızlıqla öldürülən qadınla bağlı TƏFƏRRÜATLAR

Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub.

Bakı. Samir Əli - Bakıda qadının qətlə yetirilməsinin təfərrüatları məlum olub. Trend-in məlumatına görə, hadisə noyabrın 28-də saat 23 radələrində baş verib. 22.03.1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” cay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 05.03.1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqançlıq zəminində 5 bıçaq zərbəsi vurub, sonuncu aldığı zərbələr nəticəsində ölüb. Məmmədov Sərxan Xanlar oğlu Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulub.