Gəncədə ata və oğlu bıçaqlandı


Kriminal 29 Noy 2019 09:39:00 123 0

Gəncədə ata və oğlu bıçaqlandı

Gəncə şəhərində mübahisə iki nəfərin bıçaqlanması ilə nəticələnib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Xəyyam oğlu Hüseynov mübahisə zəminində bıçaqlanıb.

Mübahisə edənləri sakitləşdirmək istəyərkən onun atası Xəyyam Hüseynov da bıçaq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən və mübahisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.