Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək


Siyasət 29 Noy 2019 09:16:26 133 0

Bu gün Milli Məclis Azərbaycanın yeni ombudsmanını seçəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında&Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

Milli Məclisin bu gün keçiriləcək plenar iclasındaAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsimüzakirəyə çıxarılacaq.

"Report" xəbər verir ki, ombudsman vəzifəsinə üç namizəd irəli sürülüb.

Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevadır.