Albaniyada baş vermiş güclü zəlzələ TAP infrastrukturuna ziyan vurub?


Digərləri 28 Noy 2019 20:17:00 116 0

Albaniyada baş vermiş güclü zəlzələ TAP infrastrukturuna ziyan vurub?

Albaniyada baş vermiş güclü zəlzələ Trans-Adriatik qaz kəmərinin (TAP) infrastrukturuna ziyan vurmayıb.

Son.az bildirir ki, bunu Trend-ə TAP konsorsiumunun əlaqələr şöbəsinin rəhbəri Liza Givert deyib.

O, bildirib ki, konsorsium vəziyyəti nəzarət altında saxlayıb:

"Zəlzələ nəticəsində TAP personalı, infrastrukturu, eləcə də yerüstü qurğuları ziyan çəkməyib".

L.Givert bildirib ki, konsorsium işçilərə növbəti yeraltı təkanlar olacağı təqdirdə təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edib.

Qeyd edək ki, Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində 40-a yaxın şəxs ölüb.