Şamaxıda mağaza satıcısı həmyerlisini güllələdi


Kriminal 28 Noy 2019 20:20:00 150 0

Şamaxıda mağaza satıcısı həmyerlisini güllələdi

Şamaxıda mağaza satıcısı həmyerlisini tüfənglə vurub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki "Ovçu" mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilən "Oskar" markalı ov tüfəngi ondan götürülüb.