Melilya sularında dörd miqrant həlak olub


Dünya 28 Noy 2019 19:45:00 137 0

Melilya sularında dörd miqrant həlak olub

İspaniyanın Xilasetmə Xidməti qayıqla ölkə sahillərinə çatmış 58 miqrantı, o cümlədən üç uşağı xilas edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İspaniyanın Melilya limanından 50 kilometr şimalda dənizdə dörd miqrant həlak olub, azı 10 adam itkin düşüb. Xilas edilmiş üç miqrant ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb. Xilas edilənlər arasında üç uşaq və on qadın var. Xilasetmə əməliyyatı zamanı artıq yarımbatmış vəziyyətdə olan qayıqda üç nəfərin cəsədi aşkar edilib.

Afrikanın Böyük səhra zonasından olan miqrantlara Qırmızı Xaç Cəmiyyətinin könüllüləri tibbi yardım göstəriblər. Sağ qalanları miqrantların müvəqqəti yaşayış məntəqəsinə çatdırıblar.