Elza Seyidcahan: “Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram”


Şou-biznes 28 Noy 2019 19:48:57 127 0

Elza Seyidcahan: “Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram”

Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram. 

Son.az bildirir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib: Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, "Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi", "Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim". Həmişə hiss edirəm ki, əsl millət vəkili xalqı sevməlidir. 

Əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: "Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm.  Bildiyiniz kimi, şüarım belə idi: "Nə tez, nə gec, tam zamanında gəldim". Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.

Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.