Çində oxumaq istəyənlər üçün ŞANS


Digərləri 28 Noy 2019 19:50:00 170 0

Çində oxumaq istəyənlər üçün ŞANS

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Bakı. İlhamə İsabalayeva - Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu 23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq.