Albaniyada baş vermiş güclü zəlzələ TAP infrastrukturuna ziyan vurmayıb


Digərləri 28 Noy 2019 20:00:00 113 0

Albaniyada baş vermiş güclü zəlzələ TAP infrastrukturuna ziyan vurmayıb

Albaniyada baş vermiş güclü zəlzələ Trans-Adriatik qaz kəmərinin (TAP) infrastrukturuna ziyan vurmayıb

Bakı. Ləman Zeynalova - Albaniyada baş vermiş güclü zəlzələ Trans-Adriatik qaz kəmərinin (TAP) infrastrukturuna ziyan vurmayıb. Bunu Trend-ə TAP konsorsiumunun əlaqələr şöbəsinin rəhbəri Liza Givert deyib. O, bildirib ki, konsorsium vəziyyəti nəzarət altında saxlayıb: “Zəlzələ nəticəsində TAP personalı, infrastrukturu, eləcə də yerüstü qurğuları ziyan çəkməyib”.