Bakıda ticarət köşkünə silahlı basqın edildi


Kriminal 28 Noy 2019 18:55:00 136 0

Bakıda ticarət köşkünə silahlı basqın edildi

Bakıda ticarət köşkünə silahlı basqın edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 35-də baş verib.

2 nəfər naməlum şəxs həmin ünvandakı ticarət köşkünə basqın edərək orada satıcı işləyən Nemət İsgəndərov və Ədalət Rzayevə bıçaqla hədə-qorxu gəlib, onları oldürəcəklərini bildiriblər. Naməlum şəxslər ticarət köşkündən 800 manat pul və 1000 manat dəyərində mobil danışıq kartı götürərək hadisə yerindən uzaqlaşıblar.