“Instagram”da problemlər yaranıb


Digərləri 28 Noy 2019 19:15:00 136 0

“Instagram”da problemlər yaranıb

"Instagram" sosial şəbəkəsinin istifadəçiləri saytın fəaliyyətində qüsurların yarandığı barədə şikayət edib.

Trend-in məlumatına görə, sosial şəbəkənin işində qüsurlar ABŞ, Böyük Britaniya, Malayziya və Braziliyada müşahidə olunub.

İstifadəçilərin bir qismi xəbər lentinin yüklənmədiyini, bəziləri şərh yaza bilmədiklərini qeyd edib. "Instagram"la yanaşı "FacebookÜun işində də ləngimələr yaranıb.