“Eşkiya”nın ulduzu Bakıda fanatlarıyla görüşəcək


Digərləri 28 Noy 2019 19:26:00 129 0

“Eşkiya”nın ulduzu Bakıda fanatlarıyla görüşəcək

"Eşkiya dünyaya hükümdar olmaz" serialının ulduzu Oktay Kaynarca Bakıda pərəstişkarları ilə bir araya gələcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhur aktyor sabah Azərbaycana təşrif buyuracaq. O. Kaynarcanın gəlmə səbəbi dünyaca tanınmış geyim brendinin açılışı ilə bağlıdır. Açılışdan əvvəl isə ticarət mərkəzlərinin birində aktyorun imza günü təşkil olunacaq.

Qeyd edək ki, Oktay rol aldığı "Aman reis duymasın" filminin Bakıdakı qala gecəsinə qatılacaq. O, dekabrın 26-da da Bakıya gələcək.