Elza Seyidcahan nənə oldu: “Nəvəmə qudamın adını qoydum” VİDEO FOTO


Şou-biznes 28 Noy 2019 19:20:00 311 0

Elza Seyidcahan nənə oldu: “Nəvəmə qudamın adını qoydum”  VİDEO  FOTO

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi əməkdar artist Elza Seyidcahan olub. Son.az bildirir ki, əməkdar artist illərdir nəvə həsrəti çəkdiyini dilə gətirdi: "Çox həyəcanlı və duyğuluyam. Oğlum Əliəkbər illərdir evli idi. Bu nəvəni səbirsizliklə gözləyirdik. Nəvəmə qudamın adını qoymuşam, Akif. Hamı təəccüb edir ki, nə əcəb?! Çünki onun 3 qızı var, oğlu yoxdur. Həm də Akif çox gözəl qayınatadır. İstərdim ki, nəvəm Akif də babası kimi şəxsiyyətli oğul olsun. Öz babamın adı Şərafəttindir. İnşallah, nəvələrimin birinə də o adı qoyacağam".