"Azercell"in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb


Digərləri 28 Noy 2019 19:15:00 130 0

"Azercell"in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub.

Bakı. Ötən həftə Bolqarıstanın Şumen şəhərində İnformatika üzrə XI Beynəlxalq Payız Turniri təşkil olunub. “Azercell Telekom”dan Trend-ə verilən məlumata görə, yarışda Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və digər ölkələrdən qatılan iştirakçılarla yanaşı, Azərbaycan məktəbliləri də öz biliklərini sınayıb. Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdi Əziz Hüseynov yarışda uğurlu nəticə göstərərək, gümüş medal qazanmağa müvəffəq olub. Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən başlayaraq Şumen şəhərində keçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri də turnirə qatılmağa başlayıb. Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük rolu var. Belə ki, şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər. Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.