Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib


Kriminal 28 Noy 2019 19:00:00 150 0

Azərbaycanın kino xadimi Belarusda ruhi dispanserə yerləşdirilib

Əməkdar mədəniyyət işçisi, kino xadimi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" proqramında məlumat verilib. Çəkiliş qrupu sözügedən dispanserə gedərək, Miroslava İsgəndərova ilə müsahibə gerçəkləşdirib.

Onun nitqində problem olması süjetdə nümayiş etdirilib. O, müsahibə zamanı oğlunun və qızının olduğunu, Bakı üçün darıxdığını söyləyib.

76 yaşlı M.İsgəndərova bir müddət öncə kürəkəni və qızı ilə Belarusun Viteks şəhərinə köçüb. Qızı həbs olunub, kürəkəni isə onu tək qoyub, ölkədən çıxıb. Sonra isə qonşuları tərəfindən psixoloji dispanserə yerləşdirilib.