İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək


Dünya 28 Noy 2019 18:32:59 144 0

İran, Çin və Rusiyanın hərbi dəniz qüvvələri birgə təlimlər keçirəcək

İran Çin və Rusiya ilə birgə təlimlər keçirəcək

© Mehr

İran, Çin vəRusiyanın hərbi dəniz qüvvələri dekabr ayındaİranın cənub sularında -Hind okeanının şimalında birgətəlimlər keçirəcək.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı,admiralı Hüseyn Xanzadi bildirib.

“Gələn ay keçiriləcəyi ehtimal edilən müştərək hərbi oyunlar bu üç ölkənin münasibətlərində paylaşılan və paylaşılmayan (paylaşılmayan deyəndə başqalarının milli maraqlarına hörmət etdiyimizi nəzərdə tuturam) maraqların müəyyən strateji nöqtəyə çatdığı barədə dünyaya müəyyən ismarıc veriləcək. Bu hərbi oyunlarla dənizdə təhlükəsizliyin hər növünün bütün aidiyyəti ölkələrin maraqlarını nəzərə almasının vacibliyi barədə dünyaya ismarıc göndərmək hədəflənir. Biz yalnız hansısa bir ölkənin xeyrinə müəyyən vaxt işə salınan, başqalarının təhlükəsizliyinə əhəmiyyət verməyən təhlükəsizlik anlayışlarını qəbul etmirik. Dünya ticarəti üçün platform kimi istifadə olunan dənizlər müəyyən güclərin xüsusi olaraq xeyrinə xidmət edə bilməz. Hər hansı ölkə üçün güc vasitələrinə əl atmaq və beynəlxalq sulardabaşqa ölkənin neftinin nəqlinə əngəl törətmək üçün sanksiya taktikasından yararlanmaq artıq məqbul sayıla bilməz. Ortaq maraqları olan ölkələr müştərək təhlükəsizliklərini məqbul səviyyədə təmin etmək üçün başqaları ilə hərbi əməkdaşlıq yolunu seçmək ehtiyacı hiss edirlər”, -Hüseyn Xanzadi deyib.