Vəzifəli şəxsin evindən silah oğurlandı


Dünya 28 Noy 2019 18:40:00 200 0

Vəzifəli şəxsin evindən silah oğurlandı

Ukraynanın Xarkov vilayətində vəzifəli şəxsin evi qarət edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ukrayna Polis İdarəsinin məlumatına görə, zərərçəkənin arvadı qarajın qapılarının açıq olduğunu və onlara məxsus "Lexus" markalı avtomobilin yerində olmadığını görəndən sonra polisə müraciət edib.

Cinayətkarların silah, qızıl-zinət əşyaları və nişanları da oğurladıqları bəlli olub.

Hadisə ilə bağlı, Ukrayna Cinayət Məcəlləsinə əsasən, qanunsuz nəqliyyat vasitəsinə sahib olmaq, oğurluq, mənimsəmə, odlu silah, döyüş sursatı, partlayıcı maddə və ya radioaktiv materialları qəsb etmə və digər maddələrlə cinayət işi açılıb.