Qriqori Karasin: “Gürcüstan və Rusiya arasında aviauçuşlar yeni ilə qədər bərpa olunmayacaq”


Dünya 28 Noy 2019 18:27:09 99 0

Qriqori Karasin: “Gürcüstan və Rusiya arasında aviauçuşlar yeni ilə qədər bərpa olunmayacaq”

“Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların yeni ilə qədər bərpa olunması gözlənilmir”.

“Gürcüstan və Rusiya arasında birbaşa aviauçuşların yeni ilə qədər bərpa olunması gözlənilmir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rusiyalı diplomat Qriqori Karasin “İmedi” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uçuşların bərpası ilə bağlı məsələ nəzərdən keçirilib: “Gürcüstanda baş verən hadisələrin inkişafını, Tbilisi küçələrində baş verənləri və Gürcüstan ictimaiyyətindəki əhval-ruhiyyəni izləyəcəyik”.

Qeyd edək ki, bu gün Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Q.Karasin arasında Praqada növbəti görüş keçirilib.