İlk dəfə! Gülnarə Xəlilovanın kəlağayıdan ibarət “İpək Sərvət” geyim kolleksiyasının möhtəşəm təqdimatı


Kriminal 28 Noy 2019 18:26:00 269 0

İlk dəfə! Gülnarə Xəlilovanın kəlağayıdan ibarət “İpək Sərvət” geyim kolleksiyasının möhtəşəm təqdimatı

Bakıda Beynəlxalq Muğam Mərkəzində ilk dəfə olaraq tanınmış dizayner-modelyer Gülnarə Xəlilovanın  kəlağayıdan təşkil edilmiş "İpək Sərvət" üst geyim eksklüziv kolleksiyasının təqdimatı baş tutub.  

Son.az xəbər verir ki, layihə "Azerbaijan Kelagayi" milli brendi ilə birlikdə həyata keçirilib və 26 noyabr 2014-cü il tarixli əlamətdar hadisəyə həsr olunub. Belə ki, ənənəvi sənət və rəmz olan kəlağayı, onun hazırlanması və geyinilməsi beş il əvvəl Azərbaycan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Təqdimat qonaqlar, ictimai xadimlər, mədəniyyət və elm, habelə dəb sənayesi və KİV nümayəndələri arasında böyük maraq doğurub. 

Moda Evi və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova və "Azerbaijan Kelagayi"nın qurucusu, "İçərişəhər" Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi Əminə Məlikova gecənin açılışında qonaqları salamlayıblar və qeyd ediblər ki, dövlət milli irsin qorunması və təbliğatına xüsusi diqqət və qayğı göstərir, layihə də bu məqsədə xidmət edir.