Menecerlərin ixtisasının artırılması üzrə AlmaniyaAzərbaycan birgə Proqramının 10 ili tamam olur FOTO


Digərləri 28 Noy 2019 18:04:00 172 0

Menecerlərin ixtisasının artırılması üzrə AlmaniyaAzərbaycan birgə Proqramının 10 ili tamam olur  FOTO

Azərbaycan sahibkarlarının beynəlxalq təcrübəyə yiyələnməsi, bilik və bacarıqlarının artırılması məqsdilə İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın fəaliyyətə başlamasından 10 il ötür.

Son.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, 2009-cu ildən icra olunan Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GİZ).

Noyabrın 28-də Bakı Biznes Mərkəzində Azərbaycan və Almaniya rəsmilərinin, proqramdan yararlanmış sahibkar və menecerlərin iştirakı ilə menecerlərin ixtisasının artırılması proqramı üzrə idarəetmə komitəsinin iclası keçirilib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azəraycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkələrimz arasında iqtisadi əməkdaşlığa, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.

Sonra KOBİA-nın və GİZ-in nümayəndələri Azərbaycan və Almaniya tərəfinin proqrama dair hesabatlarını təqdim ediblər. Qeyd olunub 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb ki, onlardan 88-i qadındır. 50%-ə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.