Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edib


Digərləri 28 Noy 2019 18:15:00 151 0

Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edib

Muxtar Babayev Şəmkir, Gədəbəy, Tovuz və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Bakı. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 28 noyabrda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl nazir və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin