Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını artırıb


İqtisadiyyat 28 Noy 2019 17:50:53 140 0

Azərbaycan Gürcüstandan yük maşını və traktor idxalını artırıb

Bu ilin on ayında Azərbaycan Gürcüstandan 1 222 ədəd yük maşını idxal edib.

Bu ilin on ayında Azərbaycan Gürcüstandan 1 222 ədəd yük maşını idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan yük maşınlarının ümumi dəyəri 8,169 min dollar təşkil edib.

Ötən ilin anoloji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan aldığı yük avtomobillərinin sayı 594 ədəd və ya 2 dəfəyə yaxın artıb.

Yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan 149 ədəd traktor idxal edib ki, bu da illik müqayisədə 75 ədəd çoxdur.