Argentinada məktəbliləri daşıyan avtobus aşıb, iki nəfər ölüb - VİDEO


Dünya 28 Noy 2019 17:53:28 148 0

Argentinada məktəbliləri daşıyan avtobus aşıb, iki nəfər ölüb - VİDEO

Aralarında ağır xəsarət alan uşaqların da olduğu yaralılar xəstəxanaya çatdırılıb

Argentinada məktəbliləri ekskursiyaya aparan avtobus aşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Argentinanın şimal-şərqində yerləşən San Klemente del Tuyu şəhərindəki okeanariuma gedən avtobusda 11-13 yaş arası 43 şagird və onları müşayiət edən 8 böyük olub.

Aralarında ağır xəsarət alan uşaqların da olduğu yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. Sürücünün qanında alkoqol miqdarı ilə bağlı test mənfi nəticə verib.

Así se ve el incidente desde la Ruta 2 a la altura de Lezama. https://t.co/ZDq2YGJTef pic.twitter.com/DQiEMeZGzq

— Clarín (@clarincom) November 28, 2019