Göyçay sakini maşını ağaca vurdu:


Digərləri 28 Noy 2019 17:50:00 144 0

Göyçay sakini maşını ağaca vurdu:

Göyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 27-də saat 22 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakini E.Şamilov idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini olan həmyerlisi Ruslan Rüstəmov xəstəxanaya yerləşdirilib, R.Rüstəmov orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.