Rusiya XİN: Sergey Lavrov dekabrın əvvəlində Bakıya səfər edəcək


Siyasət 28 Noy 2019 14:30:29 138 0

Rusiya XİN: Sergey Lavrov dekabrın əvvəlində Bakıya səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il dekabrın 2-3-də Azərbaycana rəsmi səfər edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il dekabrın 2-3-dəAzərbaycana rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə RusiyaXİN-in sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki,səfər çərçivəsində S.Lavrovun ölkə rəhbərliyi ilə, eləcə dəxarici işlər naziriElmar Məmmədyarovla görüşləri nəzərdə tutulduğunu söyləyib.

“İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar sahələrdəki başlıca məsələlərə dair dialoq davam etdiriləcək. Həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanacağı nəzərdə tutulur”, – M.Zaxarova vurğulayıb.

XİNsözçüsü iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarçərçivəsində ikitərəfli, regional və beynəlxalqməsələlərə diqqət yetiriləcəyini vurğulayıb: “Regional təhlükəsizlik problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli perpektivləri də tərəflərin diqqət mərkəzində olacaq”.