“İçkili idim, dostumun sözünə aldandım”


Kriminal 28 Noy 2019 14:25:00 51 0

“İçkili idim, dostumun sözünə aldandım”

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə İran İslam Respublikasının vətəndaşı olan Məhərrəməli Qəvirpur öz həyat hekayəsini danışıb. Məhərrəmli Qəvirpur - Məhkum (13 il 6 ay): "Astara şəhərində doğulmuşam, İran vətəndaşıyam. İranda kran sürücüsü olmuşam. Dostumun sözünə aldanmışam, daha çox pul qazanmaq üçün dedilər gedək sərhəddə, gəldim, məni narkotik maddə ilə tutdular. 6 kq narkotik vasitə ilə sərhəd xidmətinin əməkdaşları məni yaxalayıb məhkəməyə verdilər. Dostum telefonla danışırdı, Azərbaycandan olan bir nəfərlə danışırdı ki, malı bizdən götürsün. Yolu tanımırdıq, çayı keçdik, dedilər ki, çayın digər tərəfində sizi gözləyirik. Çayı keçəndən sonra sərhəd xidmətinin əsgərləri ilə qarşılaşdıq və yaxalandıq. Çantamızda qarışıq mallar var idi, tiryək, kakos və s. Mənə 4 ay sanksiya tətbiq etdilər, sonra Lənkəran şəhər Ağır Cinayətlər Məhkəməsinə verildi işim. Orada 13 il yarım iş kəsildi. Həbs olunandan 3 ay sonra Kürdəxanıya gətirildik, oradan ailəmə zəng etdim, həbs olunduğumu bildirdim. Ailəm də məndən incidi ki, sən bu yolun yolçusu deyilsən, niyə belə bir iş görmüsən. Yanıma gəlmirlər, 15 gündən bir zəng edib danışıram. Həbs olunanda piyan idim. Qonaqlıqda idim, içmişdim. Dostum zəng etdi ki, gəl yoldaşlı gedək, mən də içkili vəziyətdə gəldim və yaxalandım. Hər bir insanın səhvi olur, mənim də səhvim məni yıxdı. Cəzaçəkmə müəssisəsində aşbaz işləyirəm. Menyuda nə varsa hər birini bişirirəm. Burada mənə də hörmətlə yanaşırlar. Hamımız azərbaycanlıyıq, hər zaman hörmətimi saxlayırlar, yeri gələndə dəstək olurlar mənə. Həbs olunmağıma həm də sevinirəm, sevinirəm ki, məni həbs etdilər 6 kq narkotik vasitə yaxalandı, yoxsa camaatın balaları zəhərlənərdi. Həm də pis oluram, pis oluram ki, belə bir çirkaba batmışam, 13 il yarım azadlığımı itirmişəm. Allah ömr versə, həbsxanada ölməsəm, sağ qalsam, azadlığa çıxıb nəvələrimin yanına gedəcəm. Ölkə başçısından, Ədliyyə nazirindən xahiş edirəm ki, bizi öz ölkəmizə ekstradisiya etsin, gedib cəzamızı öz ölkəmizdə çəkək. Mən törətdiyim əmələ görə də öz ailəmdən, yaxınlarımdan üzr istəyəcəm, səhv etmişəm, çox peşmanam, bağışlasınlar məni". 

Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib like
  • 28 Noy 14:20  
Digərləri Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib

Sumqayıtda 2 nəfər dəm qazından zəhərlənib. 

arrow Ətraflı
Lavrov Bakıya rəsmi səfərə gəlir like
  • 28 Noy 14:15  
Siyasət Lavrov Bakıya rəsmi səfərə gəlir

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələc

arrow Ətraflı
Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub like
  • 28 Noy 14:13  
Digərləri Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub

Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qo

arrow Ətraflı
Nigar Camal əməkdar artisti tanımadı: “O kimdir?”  VİDEO like
  • 28 Noy 14:11  
Şou-biznes Nigar Camal əməkdar artisti tanımadı: “O kimdir?” VİDEO

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni 

arrow Ətraflı
Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb like
  • 28 Noy 14:10  
Dünya Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Albaniyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 39-

arrow Ətraflı
KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir like
  • 28 Noy 14:08  
Digərləri KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçirilə

arrow Ətraflı
Sabahdan bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq like
  • 28 Noy 14:06  
Digərləri Sabahdan bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov

arrow Ətraflı
KTMT-nin yeni baş katibi təsdiqlənib like
  • 28 Noy 14:02  
Dünya KTMT-nin yeni baş katibi təsdiqlənib

Belarus nümayəndəsi Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Tə

arrow Ətraflı
Lavrov Bakıya rəsmi səfərə gəlir like
  • 28 Noy 14:02  
Digərləri Lavrov Bakıya rəsmi səfərə gəlir

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gələc

arrow Ətraflı
Oğuz sakini narkotiklə saxlanılıb like
  • 28 Noy 13:58  
Digərləri Oğuz sakini narkotiklə saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanu

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən like
  • 28 Noy 13:57  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən

Noyabrın 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı