İrandan Ukraynaya 304 kq heroin narkotik keçirilməsinin qarşısı Azərbaycanda alınıb (FOTO)


Digərləri 28 Noy 2019 14:25:00 169 0

İrandan Ukraynaya 304 kq heroin narkotik keçirilməsinin qarşısı Azərbaycanda alınıb (FOTO)

Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu tədbir həyata keçirib.

Bakı. Azərbaycan gömrükçüləri narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daha bir uğurlu tədbir həyata keçirib. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda Ukrayna Respublikasının vətəndaşı Haevskyı Leonıdin idarə etdiyi "Reno" markalı, AI9452HI/AI9425XK dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə avtomobilə baxış keçirilib. Həmin nəqliyyat vasitəsində olan 560 rulon "süni dəri" yükünün Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının "Hadyeh Golbaf Jahan Co." şirkətindən Ukrayna Respublikasının "Lımıted Lıabılıty Company Kasrık Ukraıne LLC" şirkətinin ünvanına aparılması nəzərdə tutulub.