Sabahdan bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq


Digərləri 28 Noy 2019 14:06:00 119 0

Sabahdan bir sıra yollarda hərəkət məhdudlaşdırılacaq

Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti 29 noyabr tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Son.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.