KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir


Digərləri 28 Noy 2019 14:08:00 156 0

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçiriləcək.

Bakı. Azərbaycanda ilk dəfə olaraq “EY ilin iş adamı” müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, bu gündən etibarən müsabiqəyə müraciətlərin qəbuluna başlanılır. EY Azərbaycan tərəfindən təsis edilmiş “EY ilin iş adamı” proqram dünyada ən nüfuzlu biznes mükafatlarındandır. 2019-2020-ci illər üzrə “EY ilin iş adamı” proqramı çərçivəsində EY Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq edir. Bu il “EY ilin iş adamı” proqramının diqqət mərkəzində kiçik və orta sahibkarlar dayanır. Azərbaycanın bütün sektorlarından olan kiçik və orta müəssisələr 15 yanvar 2020-ci il tarixinə qədər müsabiqədə iştirak üçün müraciət edə bilərlər. 2019-2020 proqramının finalçıları və milli müsabiqənin qalibi 11 mart 2020-ci il tarixində elan ediləcəkdir. “EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru və “EY ilin iş adamı” proqramının rəhbəri İlqar Vəliyev demişdir: “Ölkəmizdə ilk dəfə olaraq “EY ilin iş adamı” proqramını təqdim etməkdən məmnunuq. Bu il biz ölkənin kiçik və orta sahibkarlarını uğurlu biznesin qurulması ilə yanaşı, ətrafındakı icmaların həyatını yaxşılaşdırması üçün dəstəkləməyə və həvəsləndirməyə çalışacağıq. Milli müsabiqənin qalibi Azərbaycanı təmsil etmək üçün 2020-ci ilin iyun ayında Monakoda digər ölkələrin finalçıları ilə mübarizə aparacaq. Bu, istedadlı sahibkarlarımızı qlobal müstəvidə tanıtmaq üçün yaxşı fürsətdir".