Bakıda dayısına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb


Sosial 28 Noy 2019 12:33:56 123 0

Bakıda dayısına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakıda dayısına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Bakıda dayısına narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Penitensiar Xidmətinİctimaiyyətlə əlaqələr şöbəsindən"Report"a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki,Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən şəxs Babayev Vüqar Ədalət oğluna bacısı oğlu Şirvan şəhər sakini Abdullayev Orxan Mehman oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan kələm turşusunun içərisində gizlədilən 2 ədəd bükülüdə ümumi çəkisi 3.814 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək