100 kiloqram arıqlayan aktyor başqa birinə


Digərləri 28 Noy 2019 12:31:00 132 0

100 kiloqram arıqlayan aktyor başqa birinə

Rusiyalı aktyor Aleksandr Semçev 100 kiloqram arıqlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 50 yaşlı aktyorun sürətlə çəki atması onun səhhətində bəzi problemlər yaradıb.

"Etiraf etməliyəm ki, səhhətimdə problemlər başladı. Bu, məni narahat edir", - o,  açıqlamasında bildirib.

Semçevdə qəfil başgicəllənmə və ürək bulanmaları yaranıb. Qan təzyiqi isə düşməyə başlayıb.

Bundan əlavə, Semçev cərrahın bıçağı altına da yatmalı olub. Aleksandr, üzündəki sallanan dərini əməliyyat vasitəsi ilə yığıb.

Belə problemlərə səbəb aktyorun həkim məsləhəti olmadan kortəbii arıqlaması olub.

"İnternetdə tapdığım bir qida rejimi ilə arıqladım. Qabımı üç hissəyə bölürdüm. Həkimlərlə məsləhətləşmədim, heç bir müayinədən də keçmədim",- Semçev etiraf edib.