2009cu ildən Xəzərdə səviyyənin enməsi daha sürətlə gedir


Digərləri 28 Noy 2019 12:35:00 126 0

2009cu ildən Xəzərdə səviyyənin enməsi daha sürətlə gedir

1995-ci ildən 2018-ci ilin yanvarınadək Xəzər dənizində suyun səviyyəsi 1 metr 27 sm enib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl olaraq, AMEA-nın Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsindən məlumat verilib.

Şöbədən bildirilib ki, Xəzər dənizinin səviyyəsi həmişə tərəddüd edib. Lakin 1995-ci ildən Xəzər dənizinin səviyyəsində enmə müşahidə edilir. 2009-cu ildən isə enmə daha sürətlə baş verir.

Qeyd edilib ki, 2009-cu ildən dəniz suyunun səviyyəsində il ərzində 16-24 sm enmə müşahidə edilir. Hazırda Xəzərdə suyun səviyyəsinin mənfi 28 metrə yaxındır.

Şöbənin tədqiqatlarının nəticələrinə görə, enmə prosesi hələ davam edir, lakin yay aylarında Xəzərdə suyun səviyyəsi nisbətən yüksək olur. Çünki dağlarda qarların əriməsi və onların şimaldan çaylar vasitəsilə Xəzərə tökülməsi nəticəsində dəniz suyunun səviyyəsi yüksəlir: