“Öz peşəsi ilə məşğul olsun”


Kriminal 28 Noy 2019 12:40:00 163 0

“Öz peşəsi ilə məşğul olsun”

Xalq artisti İlham Namiq Kamal Teatrlar Xadimləri İttifaqının XIV konfransında baş verən qalmaqala münasibət bildirib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə İTV-də yayımlanan "3D" proqramında Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən danışıb.

Sənətçi Xalq artisti Afaq Bəşirqızını dəstəkləmədiyini söyləyib:

"Qurultayda var idim. Orada Əbülfəs Qarayev çıxış etdi. Həmin vəziyyətdə Afaq xanım durdu getdi. Bilmədim, nə mənada idi. Bəlkə, Afaq xanımın ürəyi vəzifə istəyir.Mən heç kimi dəstəkləmirəm, özümü dəstəkləyirəm. Hər kəs öz peşəsi ilə məşğul olsa, daha yaxşı olar".