Evo Morales: "İnterpol məni axtarır"


Dünya 28 Noy 2019 12:26:00 139 0

Evo Morales: "İnterpol məni axtarır"

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikada mətbuat konfransı zamanı İnterpolun onu axtardığını deyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, E.Morales bildirib ki, İnterpol hazırda onun yerini müəyyən etməyə çalışır: "İnterpol məni törədilməyən cinayətlərə görə Cənubi Amerikada axtarır".

Onun sözlərinə görə, İnterpol həmçinin ölkənin sabiq vitse-prezidenti Alvaro Qarsiya Lineri də axtarır.