BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub (FOTO)


Digərləri 28 Noy 2019 12:26:27 169 0

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub (FOTO)

BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) saytında Bakı Ali Neft Məktəbi (BANM) ilə UNITAR arasında əməkdaşlığa dair geniş məqalə dərc olunub.

Bakı. BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) saytında Bakı Ali Neft Məktəbi (BANM) ilə UNITAR arasında əməkdaşlığa dair geniş məqalə dərc olunub. Məqalədə hər iki qurum arasında əməkdaşlıq çərçivəsində “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə yeddi nəfər nigeriyalı tələbənin 2019/2023-cü tədris illəri müddətində Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil aldığı qeyd olunub. Yazıda həmin tələbələrin Azərbaycanda 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və onların Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdiriləcəyi, tədris müddətində tələbələrin nəzəri və praktiki biliklərə yiyələnəcəyi və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəyi qeyd edilib. Eyni zamanda, yazıda BANM-in Azərbaycanda yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında liderliyi vurğulanıb. “BANM tələbələrinə transmilli və beynəlxalq enerji şirkətlərində, eləcə də SOCAR-ın bütün filial və müəssisələrində təcrübə keçmək və iş təcrübəsi yaratmaqla məzunların dünya səviyyəli mütəxəssis olmalarına rəvac verir ”.