"Solğun çiçəklər" tamaşası oynanıldı


Kriminal 27 Noy 2019 21:35:00 161 0

"Solğun çiçəklər" tamaşası oynanıldı

Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə bağlı möhtəşəm tədbirlər, bu münasibətlə  ölkə rəhbərinin Sumqayıta gəlişi və yeni mədəniyyət obyektlərinin  açılışında  iştirak etməsi bütün sumqayıtlılar kimi  teatrın yaradıcı heyətinə  unudulmaz  təəssüratlar  bəxş etdi.

Son.az xəbər verir ki, eyni zamanda ümumşəhər tədbirinin  mədəni-kütləvi şənliyin hazırlanmasında  əməkdaşlarımızın iştirakı, həmçinin  bir qrup işçinin  mükafatlandırılması  qəlbimizi qürur hissi ilə doldurdu.

Ümumiyyətlə son illərdə  teatra göstərilən qayğı yeni layihələrin  gerçəkləşməsi və teatra tamaşaçı axınının güclənməsinə rəvac verir.

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrı daha bir bayram ovqatı yaşadı. Belə ki, Dövlət başçısının dahi dramaturq C.Cabbarlının  120 illiyinin xüsusi qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazırliyinin təşkilatçilığı ilə noyabrın sonu Cəfər Cabbarlı həftəsi çərçivəsində teatr bayramı keçirilir. Bakı və bölgə teatrlarının qatıldığı tədbirdə  ədibin  ayrı-ayrı əsərləri  nümayiş etdirilir.