Sürüşmədə torpağın altında qalan maşının son halı FOTO


Digərləri 27 Noy 2019 21:20:00 153 0

Sürüşmədə torpağın altında qalan maşının son halı  FOTO

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş verən sürüşmə zamanı torpaq altında qalan avtomobil bu gün çıxarılıb.

Son.az xəbər verir ki, bu barədə "qafqazinfo"ya avtomobilin sahibi Fərrux Qasımzadə bildirib. Baş verən hadisə nəticəsində "Mercedes E Class" markalı avtomobil tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, hadisə noyabrın 25-i səhər saat 5-6 radələrində baş verib. Həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb.