Rusiya vətəndaşı hərbikosmik məlumatları satarkən tutuldu


Dünya 27 Noy 2019 20:44:00 162 0

Rusiya vətəndaşı hərbikosmik məlumatları satarkən tutuldu

Rusiyanın İjevsk şəhər sakini hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə yaratmağa çalışıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

"Rusiya Federasiyası Udmurt Respublikasında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları, hərbi-kosmik sahə ilə bağlı məxfi məlumatları ödəniş müqabilində ötürmək üçün xarici diplomatik nümayəndəliklə əlaqə qurmaq təşəbbüsü ilə çıxış edən İjevsk şəhər sakininin şəxsiyyətini müəyyənləşdirib", - məlumatda bildirilir.