Hamilə qadın dəm qazından boğulub öldü


Digərləri 27 Noy 2019 20:39:00 132 0

Hamilə qadın dəm qazından boğulub öldü

Salyanda iki aylıq hamilə olan gəlin dəm qazından boğulub.

Son.az xəbər verir ki, yaxınlarının unikal.org-a verdiyi məlumata görə, 24 yaşlı Zəkirə Bədəlova yaşadıqları mənzildə hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. O, qaynı övladının ad gününə getmək üçün hazırlanırmış. Ailə üzvləri gəlinin uzun müddət vanna otağından çıxmadığını görərək, hamama keçəndə onun meyitini aşkarlayıblar. Mərhum bir il öncə ailə həyatı qurub.