Bərdədə evdən 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb


Digərləri 27 Noy 2019 20:35:00 142 0

Bərdədə evdən 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb

Bərdədə evdən 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakı. Bərdədə evdən 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki evlərin birindən 4500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sorəlli kənd sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya, xuliqanlığa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Səmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.