Mənəmmənəm deyən Şəbnəm Tovuzlu: “Ev xanımları nəyin necə olduğunu bilmir”


Şou-biznes 27 Noy 2019 17:04:00 244 0

Mənəmmənəm deyən Şəbnəm Tovuzlu: “Ev xanımları nəyin necə olduğunu bilmir”

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Şəbnəm Tovuzlu olub. Son.az xəbər verir ki, özü ilə öyünən ifaçı həmkarlarından üstün olduğunu deyib: "Dəyişib nə edirlər? Get-gedə hörmətdən düşürlər. Heç birinin heç nəyi məndən artıq deyil. Hər addımımla üstün olduğumu sübut edirəm. Mən onlar kimi hərəkət etmirəm. Çünki qəlbim tam başqadır. Bizi insanlar məşhur edib. Onların sevgisi olmazsa, biz kimik? Baxın, Röya xanım necə sadədir. Çox zaman onun adını çəkmirəm. Lazım olanda öz fanatlarına cavab da verib, xoş münasibət də göstərib. İfaçı fanatları ilə ünsiyyətdə olanda daha maraqlı olur. Bir fanant illərdir səni izləyib, gözəl sözlər yazır. Onu diqqətsiz qoysan bir gün səndən gedəcək. Mənə yazılan bəzi pis rəyləri silirəm. Tənqid yazanda isə yerindəcə cavab verirəm. Bəzi ev xanımları var ki, nəyin necə olduğunu bilmir. Mən başa salıram, başa düşür".

Son.az