Parisdə UNESKOnun iclasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb
Kriminal 27 Noy 2019 17:08:00 68 0
Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.
Bu xəbəri də oxu: Gecə klubunun sahibi azadlığa buraxıldı
Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış etmişdir.
Nazir qeyd etmişdir ki, Komitənin Bakıda keçirilmiş 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak etmiş, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunmuş və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd etmişdir.
Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd etmişdir. O, sessiyanın yekununda Mədəni və təbii irsin qorunması üzrə Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyində ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirmişdir.
Nazir, həmçinin Komitəyə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açmışdır.
Bu gün Azərbaycanın ilk biznes-xəbər kanalı olan "ARB 24" telekanalının

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni

Sədr: "Bank BTB" hər addımı ilə müasirləşən və seçilən bank olmaqdad

Noyabrın 22-də Bakı Bulvar Otelində “Beynəlxalq Pərakəndə Sərgi” ö

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cə

Aktyor Müşviq Şahverdiyev toylara getmədiyini deyib.

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Ş

Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nu

Dövlət başçısı Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar k

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) partiya sədri İqbal Ağazadənin

Bakının Baş Planının hazırlanması prosesi 2020-ci ilin sonuna qədər dav

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşm

Bakıda Azərbaycan və Çinin Sincan-Uyğur Muxtar Rayonu arasında ticarət-iq

Bakı Nəqliyyat Agentliyi tərəfindən piyadaların rahatlığının və təhl
