Parisdə UNESKO-nun iclasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb (FOTO)


Digərləri 27 Noy 2019 16:50:00 134 0

Parisdə UNESKO-nun iclasında Ermənistan nümayəndə heyəti təxribata əl atıb (FOTO)

Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.

Bakı. Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış etmişdir. Nazir qeyd etmişdir ki, Komitənin Bakıda keçirilmiş 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak etmiş, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunmuş və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd etmişdir. Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd etmişdir. O, sessiyanın yekununda Mədəni və təbii irsin qorunması üzrə Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyində ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirmişdir. Nazir, həmçinin Komitəyə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açmışdır.