BŞBPİ: İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstədir


Digərləri 27 Noy 2019 16:54:00 118 0

BŞBPİ: İqbal Ağazadənin evinin işığını kəsən şəxs ruhi xəstədir

Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib.

Bakı. Samir Əli - Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən İqbal Ağazadənin yaşadığı ünvanın elektirik naqilinə müdaxilə edən şəxs ətrafında müvafiq tədbirlər keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Pes Traykov Vladislav Yuriyeviçi özü və digər şəxslərlə izləyib saxlayaraq, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil veriblər. İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V.Yuroyeviç 2013-cü ildən Ruhi-Əsəb xəstəxanasında daimi qeydiyyatdadır. Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.