Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır


Digərləri 27 Noy 2019 16:09:00 147 0

Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır

Gənclər və İdman Nazirliyi 2019-cu ilin 01 dekabr trixindən başlayaraq "YERLİ" Kənd Gənclərinin İnkişafına Dəstək Layihəsini həyata keçirəcək. Layihənin əsas məqsədi kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi, onların bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda, sosial və biznes layihələrinin dəstəklənməsi ilə yerli şəraitdə məşğullun təmin edilməsi və yerli gənclər icmalarının yaradılmasıdır.

Layihənin əsas hədəfləri:

dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə kənd gənclərinin məlumatlandırılması; kənd gənclərinin icma şəkilində inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi üçün yeni təsir alətlərinin tətbiq edilməsi; kənd gəncləri arasında qeyri-formal təhsilin inkişaf etdirilməsi ilə yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması; kənd gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiya olunması üçün analoji gənclər platformaları ilə əməkdaşlıq əlaqələrinin qurulması.

Ümumilikdə layihə kənd gənclərinin fərdi və peşəkar inkişafına, eyni zamanda, onların təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş yeni və fərqli platformadır.

Layihənin həyata keçirilməsi ilə bağlı əlaqələndirməni təmin etmək məqsədi ilə,  Gənclər və İdman Nazirliyində dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndləri və ictimai fəal gənclərdən ibarət işçi qrup formalaşdırılacaq. İşçi qrup təşkilati məsələlərin və cari işlərin həlli ilə məşğul olacaqdır.