Vaşinqtonda məktəb binasında atışma baş verib


Dünya 27 Noy 2019 07:15:00 125 0

Vaşinqtonda məktəb binasında atışma baş verib

BŞ-da Vaşinqton ştatının Vankuver şəhərindəki ibtidai məktəbdə baş verən atışmada azı iki nəfər yaralanıb

ABŞ-da Vaşinqton ştatının Vankuver şəhərindəki ibtidai məktəbdə baş verən atışmada azı iki nəfər yaralanıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Klark şəhərinin şerifinin saytında yerləşdirilən açıqlamada deyilir. Hadisə zamanı yaralanan şəxslər xəstəxanaya aparılıb, hal-hazırda vəziyyətləri barədə məlumat yoxdur.

Polis atəş açan şəxsin kimliyini müəyyən edərək təqib edib. Lakin şübhəli şəxs intihar edib.

Hazırda araşdırma aparılması üçün atışma baş verən əraziyə yaxın bir sıra küçələr bağlanıb.

Yerli “The Columbian” qəzetinin yazdığına görə, hadisə məktəb binasının yaxınlığındakı avtomobil dayanacağında, dərslər bitdikdən sonra baş verib.